...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakı şəhərində 67 kiloqram natkotik maddə aşkar edib

Siyasət Materials 8 Noyabr 2008 21:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 noyabr / Trend / Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakinləri - Firudin Dadaşov və İlqar Abdullayev saxlanılıb, onlardan 67 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlum olub ki, Firudin Dadaşov, İlqar Abdullayev və qeyriləri qabaqcada əlbir olaraq cinayət əlaqəsinə girərək narkotik vasitələri satmaq barədə sövdələşiblər.

MTN tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İlqar Abdullayev Firudin Dadaşovun tapşırığına əsasən həmin narkotik vasitələri sonuncunun yaşadığı ünvana gətirərək saxlanılıb. İlqar Abdullayevə məxsus bağlamalara baxış zamanı oradan narkotik vasitələr olan - 57 kiloqramdan artıq həşiş və 10 kiloqrama yaxın tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb. Adları qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti