Türkiyə, Ceyhan 8 noyabr / Trend müxbir T.Əliyev/ Türkiyənin Ceyhan şəhərində, şəmbə günü Heydər Əliyev adına litseyin açılış mərasimi keçirilib.
Müasir litsey Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına inşa olunub. Litseydə 700 nəfər təhsil ala bilər. Hazırda litseydə 150 nəfər təhsil alır. Təhsil müəssisəsi bütün lazımı avadanlıqla təchiz olunub. Burada laboratoriyalar, idman meydançası və digər 16 otaq var.
Litseyin açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycan prezidentinin icra apparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin təhsil naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]