Azərbaycan prezidenti İlham Əliyev dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması, bu sahədə "bir pəncərə" prinsipinin tətbiq edilməsi məqsədi ilə fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat
vasitələrinin yoxlanılmasında "bir pəncərə"
prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilir,
dövlət sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir
pəncərə" prinsipi üzrə vahid dövlət
orqanının səlahiyyətləri isə Dövlət
Gömrük Komitəsinə həvalə olunur.
Fərman dərc edildiyi gündən qüvvəyə minir.