...

Türkiyənin Baş naziri bu gün ABŞ-a yola düşür

Siyasət Materials 12 Noyabr 2008 10:47 (UTC +04:00)

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün G 20 toplantısında iştirak etmək üçün ABŞ-a yola düşür. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.

Toplantıda dünyadakı son maliyyə böhranı və böhrandan çıxış yolları müzakirə ediləcək. G 20 Türkiyənin də daxil olduğu ən böyük iqtisadiyyata malik 20 dünya ölkəsini özündə birləşdirir.

Xəbər lenti

Xəbər lenti