Avropa İttifaqı PKK terror təşkilatının İraqın şimalındakı fəaliyyəti haqqında hesabat hazırlayıb. Bu barədə Türkiyənin "Zaman" qəzetində məlumat verilib.
Hesabatda İraqın şimalındakı kürd administrasiyasının PKK-ya münasibəti əks etdirilib. Hesabatda şimali İraqda PKK-ya rəğbətin azaldığı və şimali İraqın kürd administrasiyası tərəfindən PKK-nın "narahatlıq doğuran" bir ünsür kimi qəbul edildiyi bildirilir. Hesabata əsasən, PKK ilə heç bir əlaqəsi olmadığnı bildirən kürd administrasiyası PKK-nın bazalarından və strategiyasından xəbərdardır. O da bildirilir ki, İraqın şimalındakı kürd administrasiyası bu ilin yaz aylarından etibarən PKK-ya dəstəyini kəssə də bölgədə bu terror təşkilatına qarşı tolerantlıq göstərilir. Həmçinin qeyd olunur ki, İraqın şimalında 5 mindən artıq, İstanbul və Ankarada isə 2 minə yaxın PKK terrorçusu var. Hesabatda bildirildiyinə görə, PKK-da ən əhəmiyyətli şəxs Murat Karayılandır.