Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü dövlətin "Əlillərin hüquqları haqqında" Konvensiyaya qoşulması barədə Qanunu təsdiq edib.
Qanuna əsasən, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006 - cı il dekabrın 13 - də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyaya müvafiq bəyanatla qoşulur. Qanun dərc edildiyi gündən qüvvəyə minir.