...

Kipr və Türkiyə silahlı qüvvələri birgə hərbi parad keçirirlər

Siyasət Materials 15 Noyabr 2008 12:15 (UTC +04:00)

Şimali Kipr Türk Respublikası, Levkoşa, 15 noyabr/ Trend , müxbir R. Hafizoğlu/

Bu gün Şimali Kipr Türk Respublikasının paytaxtı Levkoşada bu ölkənin silahlı qüvvələri ilə Türkiyə silahlı qüvvələrinin iştirak etdiyi hərbi parad keçirilib. Bu barədə Trend -un müxbiri Levkoşadan məlumat verib.

Hərbi parad Şimali Kipr Türk Respublikasının qurulmasının 25 illik yubileyi münasibəti ilə keçirilib. Kipr türk dövlətinin yüksək vəzifəli rəsmiləri də paradı izləyənlər arasında olub.

Xəbər lenti

Xəbər lenti