Azərbaycan, Bakı, 17 noyabr / Trend / Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-
də ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat
Komandanı general Dunkan Maknabın başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General Dunkan Maknab ölkəmizə ikinci dəfə
səfər etdiyini, ötən müddət ərzində
Bakıda çox böyük inkişafın şahidi
olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında
əlaqələrin bütün sahələrdə uğurla
inkişaf etdiyi vurğulandı, ikitərəfli
münasibətlərimizin müvafiq sahələrində
əməkdaşlığın perspektivlərinə dair
fikir mübadiləsi aparıldı.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]