...

Azərbaycan neftinin qiyməti azalıb

Siyasət Materials 19 Noyabr 2008 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir A.Bədəlova/ Noyabrın 18 - də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $50,82/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR- dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbəgünü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsi nisbətən $2,03/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı -Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18 - də $50/barel təşkil edib və bu, əvvəlki qiymətdən $2,06/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 18-də $46,76/barel təşkil edib və bu, əvvəlki qiymətdən $1,49/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti noyabrın 18-də $49,18/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $2,27/barel azdır.

Xəbər lenti

Xəbər lenti