...

AŞPA Azərbaycanda seçkidən sonrakı durumu öyrənmək niyyətindədirAŞPA Azərbaycanda seçkidən sonrakı durumu öyrənmək niyyətindədir

Siyasət Materials 20 Noyabr 2008 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend / AŞPA Azərbaycanda seçkidən sonrakı durumu öyrənmək niyyətindədir. AŞPA müvafiq məqsəd üçün Azərbaycana monitorinq missiyasını göndərəcək. AŞPA həmməruzəçisi Andreas Herkel bunun üçün fevralda Bakıya səfər edəcək. Bu haqda onun özü çərşənbə günü telefonla Parisdən məlumat verib.

"Azərbaycandakı prezident seçkilərindən sonra söz azadlığı və insan haqları ilə bağlı durumun öyrənilməsi vəzifələrimdən biridir", - deyə Herkel bildirib.

Bu sahədə növbəti monitorinqin keçirilməsi ilə bağlı qərar çərşənbə günü Parisdə keçirilən AŞPA Monitorinq Komitəsinin iclasında qəbul olunub. Komitənin iclasında Azərbaycandakı prezident seçkilərinin nəticələri müzakirə edilib. Se ç kinin yekunlarına əsasən, Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev səslərin böyük əksəriyyətini toplayıb - 88,73 faiz.

.

"Monitorinq komitəsinin üzvləri prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib", - AŞPA-nın vitse-prezidenti, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov çə r şənbə günü Parisdən telefonla Trend -a deyib.

"A Ş PA-nın Azərbaycan üzrə məruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkova Azərbaycanda prezident seçkisi haqqında hesabat təqdim edib. Çı x ış edənlər Avropa Şurasının seçkilər üzrə missiyalarının obyektivliyi barədə mövqelərini ifadə ediblər. Onlar hesab edirl ə r ki, AŞPA-nın Azərbaycanda prezident seçkisi üzrə müşahidə missiyasının fəaliyyəti yüksək səviyyədə həyata keçirilib. Lakin yekun hesabatlarda subyektiv v ə ikili standartlar qeydə alınıb. Bununla ə laqədar olaraq, AŞPA-nın Monitorinq Komitəsinin üzvləri narahatlıqlarını bildiriblər", - o qeyd edib.

AŞPA-nın yanvarda keçiriləcək q ış sessiyasında Azərbaycanda prezident seçkisinin nəticələri müzakirə ediləcək.

Müəlliflə əlaqə saxlamaq üçü n elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti