...

Azərbaycanın strategiyasının varisliyi ölkənin çiçəklənməsinin rəhnidir – azərbaycanlı politoloq

Siyasət Materials 20 Noyabr 2008 16:14 (UTC +04:00)
Azərbaycanın strategiyasının varisliyi ölkənin çiçəklənməsinin rəhnidir – azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir E.Tariverdiyeva/ Azərbaycanda dövlət quruculuğu təcrübəsi dövlətin yaşama konstruksiyasının mütləq göstəricisi kimi xidmət edə bilər, - azərbaycanlı müstəqil politoloq Rəşad Rzaquliyev hesab edir.

"Bizim gözlərimiz önündə yeni tarix yaranır. Üçüncü minilliyin əvvəli "militariya" üslubunun yeni dövrünün, yəni qüdrətli dünya imperiyalarının dağılması, nə vaxtsa razılaşdırılmış beynəlxalq hüquq formatlarının yenidən nəzərdən keçirilməsi ilə nəticələnən dünya terrorizmi ilə müharibə dövrünün başlanğıcıdır", - "Azərbaycan 21-ci əsrdə - inkişaf strategiyası" mövzusunda keçirilən Dəyirmi masada çıxış edən Sosial İşləmələr Fondunun prezidenti Rzaquliyev cümə axşamı bildirib.

O hesab edir ki, son onilliyin bütün hadisələri ictimai institutların sonuncu kateqoriyası üçün yaşam imtahanı olub.

"Milli dövlətlər qloballaşma ideyasının bayrağı altında dünya ağalığına can atan müəyyən transmilli siyasi-maliyyə qüvvələrin yolunda təməl daşı olublar", - Rzaquliyev deyib.

Onun rəyinə görə, başlamış dünya iqtisadi böhranının format və perspektivləri buna dəlalət edir.

Rzaquliyev hesab edir ki, hətta Heydər Əliyev rejiminin ən qəti əleyhdarı da etiraf etməlidir ki, onun bütün siyasi gücü qorxu və zorakılıq deyil, ağlasılmaz şəraitdə ölkəni qorumasına görə millətin ona sadə minnətdarlığına əsaslanıb.

"İlham Əliyevin sayəsində isə, planetar, geosiyasi və geomədəni layihələndirmənin obyekti kimi Vahid Azərbaycan Dünyası baş tutub, - Rzaquliyev bildirib. - İnam - məhz bu söz real olaraq "Azərbaycan" varisliyinin formatı arxasında dayanır".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti