...

Bir qrup ədliyyə işçisinə"Əməkdar Hüquqşünas" fəxri adı verilib

Siyasət Materials 21 Noyabr 2008 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend /  Azərbaycan prezidenti İlham Əliyev  hakimlər, ədliyyə orqanları əməkdaşları və Məhkəmə -Hüquq Şurası üzvlərinin "Azərbaycan Respublikasının Əməkdar hüquqşünasi" adı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məhkəmə və ədliyyə orqanlarında səmərəli fəaliyyət, məhkəmə - hüquq islahatlarının keçirilməsi və Məhkəmə -Hüquq Şurasının fəaliyyətində əhəmiyyətli xidmətlərinə görə, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev, həmçinin Ədliyyə Nazirliyinin dörd əməkdaşı və  bir qrup hakimə "Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası" fəxri adı verilib.

Xəbər lenti

Xəbər lenti