Gürcüstan, Tbilisi, 26 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ 2000-ci ildə Vladimir Putin prezident seçilərkən Axaziya və Cənubi Osetiyada onun lehinə cəmi 5,5 min Rusiya vətəndaşı səs verdiyi halda, 2008- ci ildə Rusiya prezidenti seçkilərində səs verən vətəndaşların sayı 65 min nəfərə bərabər olub, - Gürcüstanın daxili işlər naziri Vano Merabişvili çərşənbə günü parlamentin müvəqqəti istintaq komitəsinin iclasında bəyan edib. "Abxaziya və Cənubi Osetiyada vətəndaşların belə faciəvi çoxalması hansısa miqrasiya siyasəti deyil, Gürcüstanın ilhaqı üzrə tamamilə məqsədyönlü fəaliyyətlə izah olunur", - Merabişvili bildirib.
"Əlbəttə, Putinə qədər də separatçı regionların əhalisinin pasportlaşdırılması prosesi gedib. Lakin bu proses belə intensiv xarakter almamışdı", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]