Azərbaycan, Bakı, 29 noyabr / Trend , müxbir S.Kazımlı/ Azərpoçt Dövlət Müəssisəsinin baş mühasibi tutulub. Tutulan şəxs xeyli miqdarda pul oğurlamağa cəhd etməkdə təqsirləndirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a məlumat verilib.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 28-də Azərpoçt Dövlət Müəssisəsinin Ağdaş rayon şöbəsindən 13500 manatı oğurlamağa cəhd göstərən baş mühasib Azər Mustafayev tutulub. Faktla bağlı araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]