...

İran hakimiyyəti 8850 əfqanı ölkədən çıxarıb

Siyasət Materials 1 Dekabr 2008 14:02 (UTC +04:00)
İran hakimiyyəti 8850 əfqanı ölkədən çıxarıb

Əfqanıstan, Kabil, 01 dekabr / Trend , A.Hakimi/ İran əfqan işçilərin Abrişim körpüsü vasitəsilə Nimroz vilayətinə göndərilməsi prosesini sürətləndirib.

Son zamanlar İrandan 8850 əfqan oğlan və qız və 35 ailə Abrişim körpüsülə Nimroz vilayətinə göndərilib.

"Hər gün 1000 nəfərdən çox insan İran ərazisindən çıxarılır", - Əfqanıstanın Köçkünlər Departamentinin direktoru Amanulla Atifa deyib.

Cəvdzə vilayətinin sakini Cüma Qul bildirib ki, o, üç gün əvvəl Fəryabdan olan 50 gənclə İrana gəlib və burada polislər onları saxlayaraq Əfqanıstana geri göndəriblər.

Əfqanıstanın qaçqın və köçkünlərlə iş üzrə nazir müavini Abdula Qadir Əhədinin sözlərinə görə, iş yerlərinin olmaması, qiymət artımı və təhlükəsizlik problemlərilə bağlı İranda və Pakistanda iş axtaran gənclərin sayı artır.

Əhədinin açıqlamalarını əmək və sosial məsələlər nazirinin müavini də təsdiq edib. "Amma məsələ ilə bağlı statistika aparılmadığından, dəqiq məlumatlar yoxdur", - o əlavə edib.

Onun sözlərinə görə, ölkə sakinlərinin 40 faizi - işsizlərdir.

"Üç gün ərzində İrandan 5 min gənc deportasiya olunub", - Nimroz vilayətinin deputatı Salihə Merzad söyləyib. Köçürülənlərin çoxunun hüquqi qaçqın kartı olub.

Deputat İran hakimiyyətinin fəaliyyətini əfqan hökumətinə siyasi təzyiq adlandırıb.

İran hökuməti əfqan xalqına və beynəxalq ictimaiyyətə qış mövsümündə qaçqınları ölkədən çıxarmayacağı barədə vəd verib.

Hərbi ekspertlərin fikrincə, qaçqınların İrandan çıxarılması terrorzimə yardımdır, çünki ölkədən çıxarılanlar iş yerlərinin olmaması səbəbindən "Taliban" hərəkatına qoşulacaqlar.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti