...

Lazım gələrsə ABŞ nümayəndələrinin məktubu parlamentdə müzakirə olunacaq - İran parlamentinin nümayəndəsi

Siyasət Materials 1 Dekabr 2008 15:35 (UTC +04:00)
Lazım gələrsə ABŞ nümayəndələrinin məktubu parlamentdə müzakirə olunacaq - İran parlamentinin nümayəndəsi

İran, Tehran, 01 dekabr / Trend , müxbir A.Namdari / ABŞ Konqres nümayəndələrinin İran parlament nümayəndələri ilə müzakirə aparmaq təklifinin İran parlamentində müzakirə olunması istisna olunmur.

Cari ilin əvvəlində İran parlament nümayəndələri və ABŞ Konqres nümayəndələri arasında müzakirə aparılması barədə təklif irəli sürülmüşdi. Bundan başqa, ABŞ Nümayəndələr Palatasının sədri Nansi Polusinin də İrana səfəri gözlənilirdi.

"Bu məktub hazırda parlamentdədir və əgər məsləhət olarsa, məktuba baxılacaq", - deyə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvi Hüseyn İbrahimi bazar ertəsi Trend -a bildirib.

İbrahimi bildirib ki, ABŞ Konqres nümayəndələrinin İran parlamentinə ünvanladığı məktubda onlar İran parlamenti ilə müzakirə aparmaq arzusunda olduqlarını bildiriblər, lakin İran rəsmiləri bununla bağlı münasibət bildirməyiblər.

"İranın tələbləri yerinə yetirələrsə, İran rəsmiləri Amerika ilə müzakirə aparmağa hazırdır", - deyə İbrahimi bildirib.

İranın İslami Şura Məclisinin (parlament) sədri Əli Laricani də ABŞ nümayəndələrinin məktubunun parlament tərəfindən rədd edilməsi haqda yayılan məlumatları təkzib edib.

ABŞ Konqres nümayəndələri İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adilə də oxşar məktubla müraciət ediblər, lakin Həddad Adil onların məktubunu cavabsız qoyub.

ABŞ Konqres nümayəndələri oktyabr ayında Vaşinqtonda İran parlamentinin üç nümayəndəsi ilə görüşləri zamanı İran hökumətini Konqres nümayəndələrinin məktublarına münasibət bildirmədiyi üçün tənqid ediblər.

İran və Amerika arasında 29 ildir ki, heç bir diplomatik əlaqə yoxdur. Bu iki ölkə arasında ilk rəsmi görüş ötən il İraqın təhlükəsizliyinin təmin edilməsi sahəsində müzakirələr aparmaq məqsədi ilə Bağdadda baş tutub. Son aylar ərzində ABŞ dövləti, Konqresi və mətbuatı artıq üçüncü dəfədir ki, İranla məhdud əlaqələr yaratmaq məqsədilə onlara məktub ünvanlayıb.

ABŞ dövləti Amerikalı İranlılar Şurasının ofisinin Tehranda açılmasına icazə verib. Bundan başqa, ABŞ-ın mənafeyini təmsil edən ofisin Tehranda açılması məsələsi də təsdiqlənib.

İran isə ABŞ-dan rəsmi şəkildə təsdiqlənmiş məktub təqdim edilməsini istəyir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti