...

Azərbaycanda axtarışda olanların yarıdan çoxu tutulub

Siyasət Materials 2 Dekabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda 2008 - ci ilin on ayı ərzində axtarışda olan 2369 (61,6 faiz) şəxs tutulub.

"On ayda Müstəqil Dövlətlər Birliyi (MDB) və digər xarici ölkələrdə gizlənən 95 təqsirləndirilən şəxs tutulub." Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyində (DİN) keçirilən kollegiya iclasında nazirliyin Baş Cinayət - Axtarış İdarəsinin rəisi, polis general -mayoru Emin Şəkinski bildirib.

İdarə rəisi deyib ki, həmin müddətdə MDB ölkələrinin hüquq - mühafizə orqanları axtarılan 94 nəfərin yerini müəyyən edib.

"İl ərzində itkin düşmüş şəxslərin 70,2 faizinin yeri müəyyən edilib, 2007-ci illə müqayisədə, bu kateqoriyadan olanların sayı 12,9 faiz azalıb", - Şəkinski vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti