...

Naxçıvan teatrı Lənkərana qastrola yollanıb

Siyasət Materials 3 Dekabr 2008 08:03 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 03 noyabr / Trend müxbir E.Məmmədov/ Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi bu gün Lənkərana qastrol səfərinə yola düşüb. 

Səfər oncəsi Trend -a məlumat verən teatrın direktoru, xalq artisti Kamran Quliyev bildirib ki, onlar iki tamaşa ilə lənkəranlı teatrsevərlərin qonağı olacaqlar. Belə ki, qastrol zamanı quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov olan Hüseyn Cavidin "İblis" və rejissoru xalq artisti, teatrın direktoru Kamran Quliyev olan Nəriman Həsənzadənin "Atabəylər" tamaşaları göstəriləcək.

Tamaşalarda əsas rolları xalq artistləri Həsən Ağasoy, Rza Xudiyev, Rövşən Hüseynov, Şirzad Abualıbov, əməkdar artistlər Xəlil Hüseynov, Elmira Kərimova və başqalrı ifa edəcəklər.

Qeyd edək ki, bu il 125 illiyi dövlət səviyyəsində qeyd olunan Naxçıvan teatr kollektivinin səfərə yollanan 25 nəfərlik heyətində beş nəfər xaq artisti, dörd nəfər isə əməkdar artist var.

Xəbər lenti

Xəbər lenti