Ukrayna, Kiyev, 08 dekabr / Trend , müxbir Z.Novsvitski/ Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ölkənin NATO-ya Üzvlük üçün Fəaliyyət Planı (ÜFP) almadan daxil olacağını istisna etmir.
"Biz milli proqramın icrasına hazırlığımızı real şəkildə nümayiş etdirəndən sonra ÜFP-nin rəsmiləşməsi məsələsi artıq ola bilər və ya plan yarım ilə təqdim oluna bilər, bundan sonra Alyansa üzvlüklə bağlı qərar qəbul olunacaq", - nazir bazar ertəsi Kiyevdə keçirilən mətbuat konfransında deyib.
Məlum olduğu kimi, Alyansın Şurası dekabrın 3-də xarici işlər nazirləri səviyyəsində milli illik proqramların yaranması yolu ilə Ukrayna və Gürcüstanla əməkdaşlığı gücləndirmək barədə qərar qəbul edib. Eyni zamanda, Şura Ukrayna və Gürcüstana ÜFP təqdim edilməsi məsələsini müzakirə etməyib.
Müəlliflə əlaqə ünvanı: trend