...

İranda nüvə proqramı ilə bağlı qərb ölkələrinə informasiya ötürən bir neçə casus tutulub

Siyasət Materials 10 Dekabr 2008 13:45 (UTC +04:00)
İranda nüvə proqramı ilə bağlı qərb ölkələrinə informasiya ötürən bir neçə casus tutulub

İran, Tehran, 10 dekabr/ Trend , müxbir A.Nəmdari/ İranın Təhlükəsizlik İdarəsi qərb ölkələrinə atom stansiyalarında aparılan tədqiqatlar barədə informasiya ötürən bir neçə nəfəri həbs edib. Bu barədə "Kargozaran" və "Etimad" qəzetləri məlumat verir.

İran KİV-i saxlanılanların sayını və onların adlarını açıqlamayıb.

Etibarlı mənblərdən verilən məlumatlara görə, onlar xaricə "proqramlar və tədqiqatlar barədə informasiya" ötürməklə məşğul olublar.

İranın rəsmi şəxsləri bununla bağlı hələ heç bir reaksiya bildirməyiblər.

Qəzetlərin verdiyi məlumata görə, saxlanılanlar atom stansiyalarında texniki, elmi və tədqiqat bölmələrində işləyiblər.

İsrailə casusluq etməkdə ittiham olunan İran vətəndaşı Əli Əştari iki həftə öncə edam olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti