Türkiyənin müdafiə naziri Vəcdi Gönül sabah Bəhreynə yola düşür. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Türkiyəli nazir səfər çərçivəsində Bəyreyndə keçiriləcək Manama Dialoqu Beşinci Regional Təhlükəsizlik Zirvə Toplantısında iştirak edəcək. Gönülün dekabrın 15-də Türkiyəyə qayıdacağı bildirilir.