...

Əfqanıstanın Qəzni mahalında üç talib öldürülüb

Siyasət Materials 15 Dekabr 2008 11:02 (UTC +04:00)

Əfqanıstan, Kabil, 15 dekabr/ Trend , müxbir A.Hakimi/ Bazar ertəsi səhər Qəzni əyalətində Əfqanıstan təhlükəsizlik qüvvələri ilə taliblər arasında baş vermiş toqquşmada üç üsyançı öldürülüb.

Polis rəisi Moqura Bərəkətullah bildirib ki, toqquşma taliblərin Qəndəhar yolunda yükləri müşayiət edən mühafizə dəstəsinə hücumu zamanı başlayıb.

Talib rəhbərləri insidentə hələ ki, reaksiya verməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti