...

Azərbaycanın müxalifət partiyaları icazəsiz aksiya keçirəcək

Siyasət Materials 15 Dekabr 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir A.Hüseynblala/ Azərbaycanın müxalif partiyalarının təmsil olunduğu Demokratiya Uğrunda İttifaq (DUİ) İranın Azərbaycandakı səfirliyinin qarşısında icazəsiz aksiya keçirmək haqqında qərar qəbul edib.

"Biz Güney Azərbaycanda yaşayan azərbaycanlılara qarşı repressiyalara etiraz əlaməti olaraq, dekabrın 18 -də İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirmək niyyətindəyik. Bakı Şəhər İcra Hakimiyyəti müraciətimizə müsbət cavab verməsə, dekabrın 31- də - Dünya Azərbaycanlılarının Həmrəylik Günü səfirlik qarşısında icazəsiz aksiya keçirəcəyik", - bazar ertəsi Trend - a DUİ- də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Trend - un arayışı: Qeyri -r əsmi məlumata görə, Güney Azərbaycanda 35 milyona yaxın soydaşımız yaşayır. Son zamanlar İran hakimiyyət orqanlarının soydaşlarımıza qarşı apardığı repressiyalar, müxtəlif müddətlərə həbsxanalara salınanların işgəncələrə məruz qalması faktları çoxalıb.

Azərbaycanın müxalif partiyalarının birləşdiyi Demokratiya Uğrunda İttifaq (DUİ) noyabrda İranın Azərbaycandakı səfirliyinə repressiyarla bağlı açıqlama verilməsi üçün müraciət edib. Müraciətə cavab verilmədiyindən, DUİ dekabrın əvvəlində səfirlik qarşısında piket keçirmək qərarı verib.

Orucun sözlərinə görə, aksiyanın Azərbaycan Milli İstiqlal Partiyası (AİMP) və Dünya Azərbaycanlıları Konqresi ilə birgə keçirilməsi razılaşdırılıb.

Demokratiya Uğrunda İttifaqı 2005 - ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokratiya partiyaları yaradıb. 2008 - ci il sentyabrın əvvəllərində Böyük Azərbaycan, noyabrda Xalq partiyaları DUİ-yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti