...

Əfqanıstanın Herat şəhərində növbəti partlayış

Siyasət Materials 15 Dekabr 2008 17:49 (UTC +04:00)

Əfqanıstan, Kabil,15 dekabr/ Trend , müxbir A.Hakimi/ Herat şəhərinin mərkəzində bomba partlaması nəticəsində üç nəfər yaralanıb.

Polis əməkdaşı Əbdul Rauf Əhmədi bildirib ki, baş verənlərdə şübhəli bilinən bir nəfər həbs olunub.

Onun sözlərinə görə, bu, il ərzində partladılan onuncu qaz bombasıdır.

Baş verənlərə görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti