...

Gürcüstan Parlamentinin spikeri seçki qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edir

Siyasət Materials 15 Dekabr 2008 19:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 dekabr/ Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstan Parlamentinin spikeri David Bakradze seçki qanunvericiliyinin təkmilləşdirilməsi üçün xüsusi işçi qrupunun yaradılması təşəbbüsü ilə çıxış edir. Bu qrup, əsasən, müxalifət nümayəndələrindən komplektləşdiriləcək. Bu barədə o, bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.

Bakradze parlamentdə iştirak etməyən müxalifəti və bu məsələdə maraqlı olan partiyaları da qrupun işinə qoşulmağa çağırır; adı çəkilən qrup beynəlxalq qeyri-hökumət təşkilatlarının himayəsi altında fəaliyyət göstərəcək.

Barkadze bildirib ki, Gürcüstanda yerli idarəçilik orqanlarına növbəti seçkilər 2010-cu ilə planlaşdırılıb.

"Bu seçkilərədək qanınvericiliyi təkmilləşdirmək üçün kifayət qədər vaxt var", - deyə parlament spikeri bildirib.

Onun sözlərinə görə, qrup işini başa çatdırdıqdan sonra, sənəd beynəlxalq ekspertizadan keçəcək və yalnız bundan sonra qanunverici orqan tərəfindən qəbul olunacaq. Bakradze tamamilə yeni Seçki Qanununun qəbulunu da istisna etmir, çünki, xeyli konkret təkliflər irəli sürüləcəyi təqdirdə, mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi mənasız olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti