Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir A.Qut/ İsraildə avtobus qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur, - İsrailin Turizm Nazirliyinin mətbuat xidmətindən Trend -a bildiriblər. Son məlumatlara görə, İsraildə avtobusun aşması nəticəsində 24 nəfər həlak olub, 50- dən çox insan yaralanıb. Həlak olanların əksəriyyəti Sankt - Peterburqdan olan rusiyalı turistlərdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]