...

Gürcüstan və Türkiyə Qafqazda stabillik platformasını müzakirə ediblər

Siyasət Materials 18 Dekabr 2008 19:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və Türkiyənin bu ölkədəki Fövqəladə və Səlahiyyətli səfiri Ertan Tezqor Türkiyə tərəfinin Qafqazda stabillik və əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü müzakirə edibilər.

Gürcüstanın Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə əsas diqqət regional əməkdaşlıq məsələlərinə ayrılıb.

Vaşadzenin sözlərinə görə, Gürcüstan tərəfi Türkiyənin yuxarıda göstərilən təşəbbüsünə diqqətlə yanaşır və bu istiqamtdə əməkdaşlığı davam etdirməyə hazır oldğunu təsdiq edib.

Tərəflər görüş zamanı Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyəti, o cümlədən kütləvi insan haqları pozuntularını da müzakirə ediblər. Nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti