...

Konstitusiya Məhkəməsi "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında Referendum Aktı" layihəsinə müsbət rəy verib

Siyasət Materials 24 Dekabr 2008 13:55 (UTC +04:00)
Konstitusiya Məhkəməsi  "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər haqqında Referendum Aktı" layihəsinə müsbət rəy verib

Azərbaycan, Bakı, 24 dekabr/ Trend müxbir K.Zərbalıyeva/ Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 24 - də "Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər haqqında Referendum Aktı" layihəsinə müsbət rəy verib.

Azərbaycan Parlamentinin ötən həftə qəbul etdiyi Referendum aktında bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran maddə Konstitusiyadan çıxarılıb.

Azərbaycan qanunvericiliyinə əsasən, referendumun keçirilməsi barədə prezident və ya Milli Məclis qərar çıxara bilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyalarının cümə axşamı keçirilən birgə iclasında "Konstitusiyaya əlavə və dəyişiklək haqqında Referendum Aktını" qəbul edib və onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə, layihəyə 101-ci maddənin 5-ci bəndini Azərbaycan Respublikası Konstitusiyasından çıxarılması barədə dəyişiklik edilib. Bu bəndə əsasən, heç kim dövlət başçısı vəzifəsinə ardıcıl olaraq iki dəfədən artıq seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 -ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiya digər dəyişikliklər 108 - ci maddə - əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti