...

Azərbaycanlıya Qırğızıstanın Əməkdar həkimi adı verilib

Siyasət Materials 24 Dekabr 2008 15:13 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 24 dekabr/ Trend müxbir R.Məşədihəsənli/ Qırğızıstan prezidentinin fərmanı ilə respublikanın səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə Bişkek Şəhər Stomotoloji Poliklinikasının baş həkimi, tibb elmləri namizədi Mirkazim Bəhlul oğlu Bəşirova, "Qırğızıstan Respublikasının Əməkdar həkimi" adı verilib.

Mirkazım Bəşirovun valideynləri otuzuncu illərdə Azərbaycanın Masallı rayonundan Orta Asiyaya - Qazaxıstana sürgün olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti