...

İranda səhmləri İsrailə aid olduğu güman edilən şirkətlərin fəaliyyəti dondurulub

Siyasət Materials 6 Yanvar 2009 14:03 (UTC +04:00)

İran, ölkədən kənarda fəaliyyət göstərən və səhmləri İsrailə aid olduğu güman edilən şirkətlərin ölkə daxilində fəaliyyətini dondurub. Bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

"Məzlum Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək və sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətlərinə cavab olaraq,  İranda ölkədən kənarda fəaliyyət göstərən və səhmlərinin bir hissəsi İsrailə aid olduğu güman edilən şirkətlərin fəaliyyəti dayandırılır", - deyə İranın sənaye və mədən naziri Əliəkbər Mehrabiyan  bildirib.

Mehrabiyan çərşənbə axşamı İranın bütün nazirliklərinə bildiriş göndərərək icinci bildirişə qədər bu növ şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb edib.

"Səhmlərinin bir qismi İsrailə aid olduğu güman edilən şirkətlərin ölkə daxilində məhsullarının istehsalı və paylanması prosesləri dayandırılmalıdır və ikinci bildirişə qədər, ekspertlərin araşdırmasından sonra onların yenidən fəaliyyəti haqda qərar qəbul edilməlidir", - deyə  Mehrabiyan bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti