...

Azərbaycan polisi qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb

Siyasət Materials 8 Yanvar 2009 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan polisi axtarışda olan şəxsi saxlayıb.

Balı Şəhər Baş Polis İdarəsindən cümə axşamı Trend -a  verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddəsi ilə axtarışda olan 20 yaşlı Məmmədov Ramil Qəhrəman oğlu saxlanılıb. Məmmədov barəsində istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti