Azərbaycan, Gəncə, 10 yanvar / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) axtarışda olan iki nəfər saxlanılıb, şənbə günü Trend -a Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Gəncədə yaşayan və Cinayət Məcəlləsinin adam oğurluğu (144-cü), faişəliyə cəlb etmə (243-cü) maddələri ilə axtarışda olan Aslan Əlisa oğlu Məmmədov həbs edilib.
Gəncə polisinin İsmayıllı rayonunda keçirdiyi əməlliyat nəticəsində isə şəhər sakini 1985-ci il təvəllüdlü Rasim Abdulla oğlu Şahbazov istintaqa təhvil verilib.
Şahbazov Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz olaraq keçmə (318-ci) maddəsi ilə axtarışda idi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]