...

Ukrayna prezidenti enerji sammitinin Avropa ərazisində keçirilməsi şərti ilə iştirakını təsdiqləyib

Siyasət Materials 15 Yanvar 2009 19:09 (UTC +04:00)

Ukrayna, Kiyev, 15 yanvar/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna prezidenti Viktor Yuşşenko telefon söhbətində AFR-in federal kansleri Angela Merkelə enerji sammitinin Avropa ərazisində keçirilməsi şərtilə, burada iştirak etməyə hazır olduğunu təsdiqləyib, - Ukrayna prezidentinin mətbuat katibi İrina Vannikova brifinqdə bildirib.

Yuşşenko həmsöhbətini Ukraynanın qaz nəqli sisteminin (QNS) Avropa istehlakçıları üçün nəzərdə tutulmuş bütün qaz həcmlərinin tranzitinə hazır olması barədə məlumatlandırıb. Onun sözlərinə görə, qaz tədarüklərinin bərpa edilməməsinin başlıca səbəbi Ukrayna QNS - nin girişində "Qazprom" və Avropa istehlakçıları arasında bağlanılmış müqavilələrlə nəzərdə tutulmuş həcmlərin olmamasıdır.

Yuşşenko vurğulayıb ki, Ukrayna Aİ - yə qaz tədarükünü kəsməyib və qanunsuz mənimsəməni həyata keçirməyib, eləcə də 2008 - ci ildə istehlak edilmiş qaza görə ödənişi tam yerinə yetirib.

Prezident federal kansleri Ukraynanın Avropa istehlakçılarını fasiləsiz yanacaqla təmin etmək üçün şəxsi ehtiyatından 75 mln. kubmetr qaz sərf etməsi barədə də məlumatlandırıb.

Ukrayna dövlətinin başçısı əlavə edib ki, tam həcmdə tədarük edilərsə, ölkə Rusiya qazını müqaviləsiz də Avropa istehlakçılarına nəql etməyə hazırdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti