...

Azərbaycan paytaxtında taksi sürücüsünə qarşı quldurluq edən dəstə yaxalanıb

Siyasət Materials 20 Yanvar 2009 10:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar / Trend müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında taksi sürücüsünə qarşı quldurluq edən dəstə yaxalanıb, çərşənbə axşamı Trend -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Ötən il dekabrın 26-da saat 21:25 radələrində Sabunçu dairəsində naməlum şəxslər 1963-cü il təvəllüdlü Məsim Heydər oğlu Abdullayevin taksi kimi istifadə etdiyi "Azsamand" markalı 90-AC-619 dövlət nömrə nişanlı maşına minib Türkan qəsəbəsində ona bıçaqla hədə-qorxu gələrək 69 manatını alıblar.

Mətbuat xidmətinin məlumatına görə, Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Canur Əhmədağa oğlu Nəsirov və qardaşı 1985-ci il təvəllüdlü Mirəhməd tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti