...

Avropa İttifaqına üzvlük danışıqlarında laqeydlikdən söhbət gedə bilməz – Türkiyənin Baş naziri

Siyasət Materials 29 Yanvar 2009 19:07 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən bildirib ki, indiki Türkiyə hökuməti iqtidarda olduğu müddətdə Avropa İttifaqına üzvlük üçün aparılan danışıqlarda hansısa laqeydlikdən söhbət gedə bilməz. Bu barədə CNNTURK məlumat verib.

Avropa İttifaqının Türkiyə ilə danışıqlar prosesində ləng hərəkət etdiyini bildirən Ərdoğan prosesin sürətlənəcəyinə ümid etdiyini bildirib. Avropa İttifaqına üzvlük məsələsi ilə bağlı Türkiyədə ayrıca bir nazirlik yaradıldığını qeyd edən Ərdoğan  bundan sonra Ankaranın Aİ ilə danışıqları daha da intensivləşdirəcəyini vurğulayıb. 

Xəbər lenti

Xəbər lenti