Gürcüstan, Tbilisi, 02 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze və ABŞ-ın Gürcüstandakı səfiri Con Tefft bazar ertəsi keçirilən görüşdə Gürcüstan-Rusiya münasibətlərini müzakirə ediblər. Tərəflər, RF-nin işğal edilmiş zonalarda Moskvanın hərbi iştirakını gücləndirmək məqsədilə atdığı destruktiv addımlar ətrafında müzakirə aparıblar, - Gürcüstan XİN-dən məlumat veriblər.
Tərəflər, Rusiyanın belə hərəkətlərlə beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozması rəyinə gəliblər.
Tefft və Vaşadze ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Onlar Gürcüstan və ABŞ arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə xarici işlər nazirinin müavini Aleksandr Nalbandov və ABŞ səfirinin müavini Kent Loqsdon iştirak ediblər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]