Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifətyönlü partiyası referendumla bağlı təşviqat kampaniyasında fəal iştirak edəcək.
"Biz referendumla bağlı ayrıca təşviqat qrupu təsis etməmişik. Amma referendumu dəstəkləyən qüvvələrin təsis etdikləri bütün təşviqat qrupları ilə əməkdaşlıq edib, bütün bölgələrdə təbliğat kampaniyasına qatılacağıq", - çərşənbə günü Trend -a Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
Trend -un arayışı: Martın 18-də Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.
Referendum üzrə 13 təşəbbüs qrupu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verib.
Hakim Yeni Azərbaycan Partiyasının referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi" və "Hüquq və Demokratiya" təşəbbüs qrupları MSK-da təbliğat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd" təşəbbüs qrupu qeydə alınmayıb.
Fevralın 1-də saat 18:00-da təşəbbüs qrupları tərəfindən imza vərəqlərinin MSK-ya təhvil verilməsi müddəti başa çatıb.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.
Kərimli deyib ki, partiyanın Siyası Şurası da ötən il dekabrın sonunda referenduma çıxarılan əlavə və dəyişikliklərin dəstəklənməsi haqda qərar çıxarıb. "Partiyamızın üzvlərinə fərdi şəkildə də təşviqat kampaniyasında fəal iştirak etməklə bağlı göstəriş verilib", - Vəhdət Partiyasının sədri əlavə edib.
Аzərbаycаn Аli Məhkəməsinin kеçmiş sədri, sаbiq millət vəkili Tаhir Кərimlinin rəhbərlik еtdiyi Vəhdət Pаrtiyаsı 2006-cı ilə qədər müхаlifət mövqеyində оlub. Pаrtiyа hаzırdа iqtidаrın siyаsi kursunu dəstəkləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]