...

NATO Manas bazasında maraqlıdır – mətbuat xidməti

Siyasət Materials 4 Fevral 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir E. Ostapenko/ Manas hərbi bazası Əfqanıstandakı fəaliyyətlə bağlıdır, bu səbəbdən də NATO bir təşkilat kimi fasiləsiz nəqli təmin edən razılaşmalarda maraqldır, - bu barədə NATO-nun mətbuat xidmətindən Trend -a çərşənbə günü verilən məlumatda bildirilir.

Qırğızstan paytaxtının Manas beynəlxalq hava limanının ərazidində yerləşən ABŞ aviabazası 200-ci ildə BMT mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstandakı Sarsılmaz Azadlıq anti-terror əməliyyatına dəstək məqsədilə yaradılıb.

Hazırda Manas avia bazasında mindən çox ABŞ hərbi işçisi və hərbi təyyarələr var.

Dünən Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Moskvada keçrilən mətbuat konfransında bildirib ki, Amerikanın Manas bazasının bağlanması qərarına gəlinib.

"NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Robert Simmons Qırğızıstana səfəri zamanı bildirib ki, bazanın fəaliyyəti ilə razılaşmanın müddətinin uzadılması yaxşı olardı. Lakin bu o demək deyil ki, biz razılaşmanın gələcəyi ilə bağlı hər hansı bir xüsusi danışıqlarda, yaxud müzakirələrdə rol oynayacağımız ilə bağlı bəyənat verə bilərik", - deyə mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidməti nümayəndəsinin sözlərinə görə, baza ABŞ tərəfindən ikitərəfli razılıq əsasında istifadə olunduğundan NATO-nun hər hansı bəyanat verməyə hüququ yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti