...

Gürcüstan və ABŞ arasında imzalanmış xartiya geniş əməkdaşlıq spektrini əhatə edir – spiker

Siyasət Materials 4 Fevral 2009 19:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 4 fevral / Trend , müxbir N.Kirtsxaliya/ ABŞ və Gürcüstan arasında imzalanmış strateji əməkdaşlıq haqda xartiya Gürcüstan ordusunun gücləndirilməsi və təhlükəsizliyinin artırılması da daxil olmaqla müxtəlif əməkdaşlıq formalarını nəzərdə tutur, -  bu gün jurnalistlərə Gürcüstan parlamentinin sədri David Bakradze Gürcüstanda amerikan hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü haqda suala cavab verərkən deyib.

Bir müddət əvvəl ABŞ-ın Marneuli və Potidə iki baza tikməyə hazır olduğu və bu məsələ ilə bağlı danışıqların artıq getdiyi haqda məlumat yayılmışdı.

"Gürcüstan və ABŞ arasında imzalanmış xartiya geniş əməkdaşlıq spektrini əhatə edir. Bu sənədin əsas prioritetlərindən biri təhlükəsizliyin təminatıdır və bizim üçün bu məsələdə hərbi əməkdaşlıq vacibdir. Bizim orduya öz ərazisini qorumaq üçün yardım və güclənmə lazımdır", - Bakradze qeyd edib.

Onun sözlərinə görə, bu yardımın konkret hansı formada olacağı "konkret qurum və nazirliklərin" danışıqlarının gedişində məlum olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti