...

Rusiyada axtarışda olan şəxs Azərbaycan polisi tərəfindən saxlanılıb

Siyasət Materials 9 Fevral 2009 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Rusiyada axtarışda olan şəxs Azərbaycan polisi tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, nazirliyin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya vətəndaşı Cənnətey Taşova tutulub.

O, Rusiyanın Cinayət Məcəlləsinin güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi (234-cü) maddəsi ilə axtarışa verilib.

Taşovanın Rusiyaya ekstradisiyası ilə bağlı tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti