ABŞ-nın komersiya peyki "İridium" Yer kürəsinə yaxın hədəqədə Rusiyanın "Kosmos" peyki ilə toqquşub. Toqquşma 760-780 km hündürlükdə Rusiya aərazisində baş verib. Nəticədə böyük tullantılardan ibarət zibil buludu yaranıb. Bu barədə CBS telekanalı NASA istinadən yazır.
Rus peyki 1990-cı ildə hədəqəyə çıxarılmışdır, lakin o işlək vəziyyətdə deyildi. Amerikanın peyki isə işlək vəziyyətdə olub. Toqquşduqdan sonra "İridium" yerdən ötürülən siqnallara cavab vermir.
Rusiya və Amerika rəsmiləri hadisə ilə bağlı məlumat vermirlər, Exo Moskvı məlumat verir.