Gürcüstan, Tbilisi, 13 fevral/ Trend , müxbir N. Kirtsxaliya/ Gündüz saatlarında Suxuminin mərkəzində, qondarma Abxaziya Respublikası hökuməti iqamətgahının yaxınlığında abxazların Kodor dərəsi administarsiyasına təyin etdikləri rəhbər Zaza Qurçiani odlu silahla qətlə yetirilib.
Gürcüstan televiziyalarının verdiyi məlumata görə, o, dünən Kodordan Suxumiyə çatdırılıb.
Hadisəyə keçmiş qiyamçı - Kodor dərəsinin qubernatoru Emzar Kvitsianinin qardaşı oğlu Baço Arqvliani ilə yerli əhali arasında baş verən mübahisə səbəb olub. Yerli sakinlərlə yanaşı, Qurçiani də Arqvliani və onun banda qruplaşmasının qanunsuz fəaliyyətinə qarşı çıxıb.
Öldürülənin cəsədi Suxumidəki prefekturalardan birinə aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]