...

Cenevrə danışıqları dialoqun yeganə səmərəli formatıdır - Gürcüstan XİN

Siyasət Materials 16 Fevral 2009 17:11 (UTC +04:00)

Gürcüstan, Тbilisi, 16 fevral / Trend , müxbir  N.Kirtsxaliya/ "Cenevrə danışıqları dialoqun yeganə səmərəli formatıdır", - bazar ertəsi, ənənəvi brifinqdə Gürcüstan XİN-nin müavini David Calaqoniya bildirib.

Onun sözlərinə görə, Tbilisi həmişə bu danışıqların hər bir mərhələsinə böyük məsuliyyətlə yanaşıb.

Calaqoniya əvvəlkilərdən fərqli olaraq bu dəfə Rusiya və tanınmayan Abxaziya Respublikası tərəfindən provokasiyalar olmayacağına ümid etdiyini bildirib. O, həmçinin Moskvanın növbəti mövqeyinin daha konstruktiv olacağına ümidini dilə gətirib.

Cenevrə danışıqlarının növbəti mərhələsi fevralın 17-18-də keçiriləcək. Gürcüstan nümayəndə heyəti bu gün danışıqlarda iştirak üçün İsveçrəyə yola düşüb. Danışıqlar prosesisndə ATƏT, Aİ, BMT, Rusiya və ABŞ nümayəndələri iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti