...

Bakıda NATO-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunacaq

Siyasət Materials 19 Fevral 2009 10:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir  K.Zərbalıyeva/ Bakıda NATO-Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə olunacaq.

NATO-nun ekspert qrupunun fevralın sonunda Azərbaycana səfəri planlaşdırırlır, cümə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının qərargahının ekspert qrupu Bakıda fevralın 24-dən 26-dək Müdafiə Nazirliyinin nümayəndələri ilə işçi görüş keçirəcək.

NATO ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. Əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulmasından sonra tədricən ikişaf etməyə başlayıb.

İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO-nun Azərbaycan ilə əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsinədək inkişaf etdirməkdən ibarətdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti