...

Gürcüstan məhkəməsi vəfat etmiş gürcü milyarderi Badri Patarkaçişvilinin varisini onun əmlakına sahib olmaq imkanından məhrum edib

Siyasət Materials 20 Fevral 2009 16:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisi şəhər məhkəməsinin milyarder Badri Patarkaçişvilinin əmlakına dair qərarı  bu gün hər iki tərəfin narazılığına səbəb olub. Məhkəmənin qərarına əsasən, ötən il vəfat etmiş milyarder Badri Patarkaçişvilinin son istəyi əsasında onun əmlakının varisləri arasında bölünməsi öhdəliyi Jozef Keyə verilib.

Keyin vəkili Arçil Lejavanın sözlərinə əsasən məhkəmə onun müdafiə etdiyi şəxsin Patarkaçişvilinin əmlakını idarə etməsinə etiraz edib. Milyarderin vəsiyyətnaməsi məhkəmə gedişi ərzində göstərilməyib.

Lejava məhkəmənin qərarı ilə daha yaxından tanış olmaq niyyətindədir və bundan sonra Apelyasiya məhkəməsinə müraciət edilib-edilməyəcəyi ilə bağlı müştəri ilə birgə qərar qəbul edəcək

Məhkəmənin qərarı ilə bizmesmenin həyat yoldaşı İnna Qudavadzenin vəkili Laşa Birkaya da razı deyil. Vəkilin sözlərinə görə, məhkəmə Keyin Patarkaçişvilinin əmlakını idarə etməsi hüququnu təsdiqləyən sənədi görmədən qərar verib. "Məhkəmənin lazımı sənədləri almadan qərar çıxartması Gürcüstan hüquqşünaslığında misli görülməmiş hadisədir", - o bildirib.

Birkaya bildirib ki, şəhər məhkəməsininin qərarı Apelyasiyaya veriləcək və Patakaçişvilinin əmlakının yoldaşı və uşaqları arasında bölünməsi tələbi irəli sürüləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti