...

Gürcüstan ilə viza rejiminin tətbiqi planlaşdırılmır – Türkiyənin dövlət naziri

Siyasət Materials 24 Fevral 2009 18:04 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan ilə Türkiyə arasında viza rejimi tətbiq edilməyəcək. Bu barədə Tbilisidə Türkiyənin dövlət naziri Gürşad Tüzmen bildirib.

"Ölkələrimiz arasında martıq 1-dən viza rejiminin tətbiq edilməyə başlayacağı barədə yayılan informasiyalar həqiqətə uyğun deyil", - deyə Tüzmen bildirib.

Tüzmen bildirib ki, Gürcüstan-Türkiyə sərhəddindəki "Sarpi" NBM çevik keçidli məntəqəyə çevriləcək.

Dövlət nazirinin sözlərinə görə, bu rejim Türkiyənin digər ölkələr ilə bütün sərhədlərində tətbiq edilir. "Biz Gürcüstan ilə ticarət həcmini ildə beş mlrd. dollaradək artırmaq niyyətindəyik və belə olacağı təqdirdə biz gürcü-türk sərhəddində yeni NBM tikməli olacağıq", - deyə Tüzmen əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti