...

Azərbaycanda yaşayan gürcülər özlərini evlərindəki kimi hiss edirlər – dövlət naziri

Siyasət Materials 5 Mart 2009 10:40 (UTC +04:00)
Azərbaycanda yaşayan gürcülər özlərini evlərindəki kimi hiss edirlər – dövlət naziri

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda yaşayan gürcülər özlərini evlərindəki kimi hiss edirlər. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Gürcüstanın diaspor işləri üzrə dövlət naziri İulon Qoqaşidze bildirib.

"Azərbaycan - gürcülər üçün ən dost ölkədir. Biz həmişə dost kimi yaşamışıq, bizim prezidentlərimiz dostluq edirlər və bu həmişəlik davam edəcək", - deyə Qoqaşidze bildirib.

Gürcüstanın dövlət naziri ölkədə mövcud olan gürcü diasporunun vəziyyəti və fəaliyyəti ilə tanış olmaq məqsədi ilə Azəçrbaycana gəlib. Qoqaşidzenin səfəri Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovun dəvəti ilə baş tutub.

Gürcüstanın dövlət naziri martın 7-dək Azərbaycanda səfərdə olacaq. Qoqaşidzenin Azərbaycanın təhsil, mədəniyyət və turizm nazirləri ilə görüşü planlaşdırılıb.

Qoqaşidzenin sözlərinə görə, o, səfər çərçivəsində Azərbaycanın gürcülərin kompakt yaşadığı Qax, Balakən və Zaqatala rayonlarına gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti