...

Azərbaycan Hüquqşünas Qadınlar Assosiasiyası 96 min dollar məbləğində qrant alıb

Siyasət Materials 5 Mart 2009 22:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir E.Rüstəmov/

Azərbaycan Hüquqşünas Qadınlar Assosiasiyası ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi tərəfindən qrant alan təşkilatlar sırasındadır, ABŞ-ın Azərbaycandakı səfiri Ənn Dörsi 8 mart Beynəlxalq Qadınlar gününə və qrant layihəsinin təqdimatına həsr edilmiş mərasimdə bildirib.

Səfir bildirib ki, Azərbaycan Hüquqşünas Qadınlar Assosiasiyası Hindistan və Misirdə qrant alan təşkilatlara birlikdə ilk qrant alan təşkilatlar sırasındadır.

Bir il ərzində həyata keçiriləcək layihə üçün ayrılan qrantın məbləği 96 min dollardır.

Layihə Azərbaycanın dörd rayonunda fəaliyyət göstərəcək. Bu qrant çərçivəsində təxminən 400 qadının öz hüquqları ilə bağlı məlumatlandırılması üçün təlim proqramı maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti