...

Gürcüstan və ABŞ Cenevrə razılaşmasının dərhal həyata keçirilməsini tələb edirlər

Siyasət Materials 13 Mart 2009 16:51 (UTC +04:00)
Gürcüstan və ABŞ Cenevrə razılaşmasının dərhal həyata keçirilməsini tələb edirlər

Gürcüstan, Tbilisi, 13 mart / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan və ABŞ Gürcüstanın münaqişəli ərazisində gərginliyin artması ilə bağlı olaraq Cenevrə razılaşmasının dərhal həyata keçirilməsini tələb edir, - bu gün ABŞ-ın dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Gürcüstanın xarici işlər nazirinin müavini Qiqoy Bokeriya ilə görüşdən sonra bildirib.

"Biz Cenevrə razılaşmasının dərhal həyata keçrilməsi istiqamətindəki məsələləri müzakirə etdik və ümid edirik ki, Rusiya bu istiqamətdə lazımi addımlar atacaq", - deyə Brayza qeyd edib. 

Onun sözlərinə əsasən, görüş çərçivəsində strateji əməkdaşlıq sahəsində yanvarda imzalanan xartiya ilə əlaqədar olaraq, Gürcüstan-Amerika münasibətləri geniş şəkildə müzakirə edilib. "Biz Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik və bu ölkənin ərazi bütövlüyünün qorunması istiqamətindəki məsələri nəzərdən keçiririk", - deyə Brayza bildirib.

Bokeriya da görüşü "əhəmiyyətli" və "maraqlı" hesab edir. "Biz bütün problemli məsələləri nəzərdən keçirdik. Hələ də reallaşdırılmayan Cenevrə razılaşmasının dərhal həyata keçirilməsinə qərar verdik", - deyə Bokeriya bildirib.

Gürcüstanın xarici işlər nazirinin müavini qeyd edib ki, görüş çərçivəsində ikitərəfli münasibətlər istiqamətindəki məsələlər müzakirə edildi və Tbilisi "özünün strateji istiqamətlərinə dəstək qazandı".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti