...

ABŞ Gürcüstanda prezident seçkilərinin əvvəlcədən müəyyən edilmiş vaxtda - 2013-cü ildə keçirilməsinin tərəfdarıdır - ABŞ dövlət katibi müavininin köməkçisi

Siyasət Materials 13 Mart 2009 18:30 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 mart / Trend , müxbir N.Kirtsxaliya /

"ABŞ Gürcüstanda prezident seçkilərinin əvvəlcədən müəyyən edilmiş vaxtda - 2013-cü ildə keçirilməsinin tərəfdarıdır", - bu gün Tbilisidə Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşdən sonra ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza deyib.

"Biz xalqın sərbəst özünüifadəetməsini alqışlayırıq, baxmayaraq ki, bu, bəzən enerjili olur. Mənim bu və ya digər siyasətçilərdən xoşum gələ bilər, amma hər şey Gürcüstanın maraqları daxilində olmalıdır. Proses davam etdirilməlidir və seçkilər vaxtında - 2013-cü ildə keçirilməlidir", - o deyib.

Onun sözlərinə görə, xalq küçəyə çıxıb özünün etirazını nümayiş etdirmək istəyirsə, bu, onun hüququdur. "Yadda saxlamaq lazımdır ki, zorakılıq ölkəni məhv edə bilər. İstənilən hökumətin sağlam tənqidə ehtiyacı var və bunda heç bir qeyri-adi bir şey yoxdur", - amerikalı diplomat qeyd edib.    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti